DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Nyu-Yorkda NATO-nun baş katibi və İran prezidenti ilə görüşüb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Görüş zamanı İran prezidenti bildirib ki, ölkəsi regionda sülhə töfhə verməyə hazırdır.
BAKI, 23 sentyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Sputnik Ermənistan-ın yazdığına görə, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə də görüşüb.
Görüş zamanı İran prezidenti bildirib ki, ölkəsi regionda sülhə töfhə verməyə hazırdır.
Xatırladaq ki, rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüşün keçiriləcəyini istisna etmir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.
“Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - Hunanyan deyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.09.2022
SİYASƏT
Ərdoğan və Paşinyan Praqada görüşə bilərlər
Xəbər lenti
0