DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa şirkətləri artan enerji xərcləri səbəbindən ABŞ-a qaçır - WSJ

© AFP 2024 / DANIEL MUNOZAvro və dollar, arxiv şəkli
Avro və dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Qəzet qeyd edir ki, orada enerji qiymətləri daha stabil olduğundan şirkətlər əməliyyatlarını ABŞ-a köçürür.
BAKI, 23 sentyabr — Sputnik. Avropa ölkələrindəki enerji böhranı ən çox Amerika iqtisadiyyatı üçün faydalıdır. Çünki yüksək qaz qiymətləri Avropa şirkətlərini öz hasilatlarını ABŞ-a köçürməyə məcbur edir. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat verir.
Materialda deyilir: "Amerika iqtisadiyyatı Avropadakı enerji böhranından ən çox faydalananlar arasındadır".
Qeyd olunur ki, qazın qiymətinin artması fonunda polad, gübrə və digər malların istehsalı üzrə ixtisaslaşan Avropa şirkətləri orada enerji daşıyıcılarının daha stabil qiymətləri müşahidə olunduğundan öz müəssisələrini tədricən ABŞ-a köçürürlər.
Eyni zamanda, ABŞ-da anti-Rusiya sanksiyaları və Ukraynadakı vəziyyət fonunda ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur.
© AFP 2024 / DANIEL ROLANDQaz sobası, arxiv şəkli
Газовая плита, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Qaz sobası, arxiv şəkli
Amerika meqapolisinin sakinlərindən biri etiraf edib ki, o, yemək üçün müəyyən bir mağazaya gedir, çünki oradakı ərzaqların qiyməti digər pərakəndə satış şəbəkələrindəki qədər artmayıb.
Amma amerikalıların pulqabılarına ən böyük zərbə qaz qiymətlərinin artmasıdır. Bayden Rusiya enerjisini kəsmək qərarına gəldikdən sonra, ABŞ-ın əhalinin ən sıx məskunlaşdığı ştatlarından birində - Kaliforniyada benzinin bir qallonu inanılmaz qiymətə - 7 dollara başa gəlir. Bununla əlaqədar olaraq, amerikalıların üçdə birindən çoxu artıq şəxsi avtomobillərindən daha az istifadə etməyə məcbur olduqlarını bildiriblər.
Xəbər lenti
0