https://sputnik.az/20220922/sentyabr-doyuslerinde-yaralanan-herbcilerin-elillik-uzre-eyani-muayinelerine-baslanilib-446347617.html
Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb
Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb
Sputnik Azərbaycan
Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb, əsas məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ... 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T14:30+0400
2022-09-22T14:30+0400
2022-09-22T14:48+0400
əlil
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446266371_0:121:2048:1273_1920x0_80_0_0_021e47eeebeb89622c9f2a164eb4f139.jpg
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.Artıq xəsarət alan 50-dək hərbçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446266371_94:0:1954:1394_1920x0_80_0_0_56a05ecc741c79dc2b60db52f2cfe1ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əlil
Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb
14:30 22.09.2022 (Yenilənib: 14:48 22.09.2022) Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb, əsas məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsidir
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.
Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.
Artıq xəsarət alan 50-dək hərbçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.
Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.