Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçirəcək

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Abunə olmaq
Dinləmə Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planına daxil edilib.
BAKI, 21 sentyabr — Sputnik. Milli Məclisdə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanla bağlı xüsusi dinləmə keçiriləcək.
Bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planına daxil edilib.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.
Xatırladaq ki, bir müddət öncə deputat Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, torpaqlarımızın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesi hazırda davam etdirilir: "Prosesə xarici ekspertlər, eyni zamanda, müxtəlif təşkilatlar cəlb olunub. Xarici metodologiya əsasında qiymətləndirmə həyata keçirilir.
Son məlumatlar göstərir ki, dəymiş ziyanın ümumi məbləğinin hesablanması ilə bağlı işlər sürətlə gedir. Bu da imkan verəcək ki, 30 ilə yaxın işğal müddətində Azərbaycan iqtisadiyyatına dəymiş ziyanın tam məbləği müəyyən edilsin. Əldə edilmiş nəticələr növbəti mərhələdə dəymiş ziyanın konpensasiya edilməsi və təzminatın ödənilməsi ilə bağlı məsələnin beynəlxalq müstəviyə çıxarılmasına imkan verəcək".
Xəbər lenti
0