DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Putinin bəyanatını şərh edib və tərəfləri dialoqa çağırıb

© AP Photo / Mark SchiefelbeinКитай и Россия
Китай и Россия - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Abunə olmaq
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin bütün tərəflərini atəşkəsə və dialoqa çağırıb.
BAKI, 21 sentyabr — Sputnik. Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin bütün tərəflərini atəşkəsə və dialoq vasitəsi ilə sülh yolu ilə həllə çağırır.
XİN Rusiya Prezidenti Vladimir Putinin Donbassda referendumlar və qismən səfərbərliklə bağlı müraciətini belə şərh edib. Bu barədə məlumatı TASS yayıb.
Bundan əvvəl Rusiya Prezidenti bildirib ki, Rusiyada çərşənbə günü, sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edilib. Artıq bununla bağlı müvafiq sərəncam imzalanıb. Bu qərarın Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması zərurəti ilə əlaqədar verildiyini deyən dövlət başçısı yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, artıq döyüş təcrübəsi olan ruslar ehtiyatdan çağırılacaq. Bu kateqoriyaya, həmçinin,ordu üçün zəruri hərbi ixtisası olan şəxslər daxildir. Müdafiə Nazirliyinin hesablamalarına görə, ümumilikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq.
Xəbər lenti
0