CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilən ərazilərə səfərlər bərpa olunub? - Rəsmi açıqlama

© Photo : REPORTBakı-Füzuli avtobusu, arxiv şəkli
Bakı-Füzuli avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə sərnişindaşımanın tarixləri dəyişdirilib.
BAKI, 20 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlərin təxirə salınaraq başqa tarixlərə keçirilməsi ilə bağlı açıqlama yaymışdı.
Bəs işğaldan azad edilən ərazilərə səfərlər nə vaxt bərpa ediləcək?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.
Yalnız ötən həftə bir neçə səfər təxirə salınaraq digər tarixlərə keçirilib. Səfərlərin təxirə salındığı tarixlərdən 2 gün öncə bu reyslərin sərnişinləri ilə telefon əlaqəsi yaradılaraq bu barədə onlara məlumat verilib.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən reyslər həyata keçirir.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Xəbər lenti
0