SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa XİN-dən səfirliyimizə hücumla bağlı açıqlama

© AFP 2024Fransa bayrağı, arxiv şəkli
Fransa bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Fransa XİN-dən bildirilib ki, Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb.
BAKI, 20 sentyabr — Sputnik. "Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik". Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
"Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar", - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvü zorla daxil olmağa cəhd edib. Nəticədə inzibati binaya və ətraf əraziyə maddi ziyan dəyib.
Xatırladaq ki, ötən gün Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.
Xəbər lenti
0