Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycana ən çox mal Rusiyadan gətirilib - önəmli səbəblər var

© AFP 2024 / JURE MAKOVECYük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
İqtisadçının sözlərinə görə, Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ticarətin daha da asanlaşdırılması nəticəsində ticarət dövriyyəsində artım müşahidə edilir.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 197 milyon 393 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz çoxdur.
Azərbaycana ən çox Rusiyadan mallar idxal edilib
Bu ilin 8 ayında Azərbaycan Rusiyadan 1 milyard 653 milyon 713 min dollarlıq məhsul idxal edib. Azərbaycanın ümumi idxalının 18,65 faizi Rusiyanın payına düşüb. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan mal idxal edilib.
Azərbaycanın Rusiyaya ixracı isə 543 milyon 680 min dollar təşkil edib. Ölkəmizin ümumi ixracının 2,07 faizi Rusiyanın payına düşüb.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 780 milyon 282 min dollar olub. Həmin dövrdə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.
Ticarət dövriyyəsinin artmasının səbəbləri nədir?
Artım ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu il Rusiya tərəfindən Azərbaycanın kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tam aradan qaldırılıb:
"İki ölkə arasında ticarət dövriyyəsində artımın əsas səbəbi məhdudiyyətlərin ləğv edilməsidir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ticarətin daha da asanlaşdırılması nəticəsində ticarət dövriyyəsində artım müşahidə edilir. Bu il Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında ötən illə müqayisədə ciddi artım var. Məsələn, pomidor və alma ixracını buna misal göstərmək olar. Bu müsbət dinamikanın davam edəcəyi gözlənilir. Çünki bu, hər iki ölkəyə sərf edir".
Azərbaycanın aqrar məhsul ixracının çoxu Rusiyanın payına düşür
"Azərbaycan üçün Rusiya bazarı ənənəvi kənd təsərrüfatı bazarıdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının böyük hissəsi Rusiyanın payına düşür. Rusiyadan da Azərbaycana ərzaq məhsulları, tikinti materialları və s. gətirilir. Ticarət dövriyyəsinin artması hər iki ölkənin iş adamlarına qazanc gətirir", - deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.
Xəbər lenti
0