Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabahın hava proqnozu açıqlanıb

© Sputnik / Rahim MuradovTalış meşələrinin gecikən qızıl payızı
Talış meşələrinin gecikən qızıl payızı - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
BAKI, 19 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
Xəbər lenti
0