Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

İran parlamenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı, arxiv şəkli
İran bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə qeyd edib ki, qarşıda çox mühüm müzakirələr var.
BAKI, 19 sentyabr — Sputnik. İran Məclisi Ermənistan və Azərbaycan sərhədində son gərginliyi müzakirə etməyi planlaşdırır.
Bu məsələyə parlamentin çərşənbə günü keçiriləcək növbədənkənar iclasında baxılacaq.
Bununla bağlı İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə qeyd edib ki, qarşıda çox mühüm müzakirələr var.
Onun sözlərinə görə, İran tərəfi iki qonşu ölkənin sərhədində baş verən son hadisələrdən ciddi narahatdır.
Cəlalzadə əlavə edib ki, problem İranın yüksək rütbəli rəsmiləri ilə müzakirə olunub. Bununla bağlı parlamentarilər ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddiliklə yanaşmalarını istəyirlər.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Xəbər lenti
0