Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir  - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, sentyabrın 5-də Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirmişdi ki, azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib: "67 minə yaxın mina və partlamamış hərbi sursatlar isə zərərsizləşdirilib. Bu gün də bu istiqamətdə davamlı işlər aparılır".
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2353, tank əleyhinə 689 mina (cəmi 3042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.
Ermənilərin təxribat məqsədilə Laçında basdırdığı minalar aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 19.09.2022
QARABAĞ
MN: "Laçın ərazisində təxribat məqsədilə basdırılmış minalar aşkar edilib"
Xəbər lenti
0