Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

© AFP 2023 / Damien MeyerЛюди купаются в море во время сильной жары в Сен-Мало, Франция
Люди купаются в море во время сильной жары в Сен-Мало, Франция - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq.
BAKI, 18 sentyabr - Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-14° isti olacaq.
Xəbər lenti
0