https://sputnik.az/20220917/serq-niye-qerbe-qarsi-birlesir-ve-bu-neye-sebeb-olacaq-446149985.html
Şərq niyə Qərbə qarşı birləşir və bu nəyə səbəb olacaq?
Şərq niyə Qərbə qarşı birləşir və bu nəyə səbəb olacaq?
Sputnik Azərbaycan
Şanxay Təşkilatının sammitində Azərbaycanın iştirakı ona nə verir və belə bir platforma niyə diqqətdən kənarda qalmamalıdır - Sputnik Azərbaycan-ın videosunda. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T10:19+0400
2022-09-17T10:19+0400
2022-09-17T10:19+0400
qərb
video
şanxay əməkdaşlıq təşkilatı
türkiyə
qərb
şərq
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446144706_0:0:1920:1080_1920x0_80_0_0_261e5d2182ccb90820c3700d72273cb3.jpg
AzTV kanalının analitik qrupunun rəhbəri, Əməkdar jurnalist Faiq Hüsiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT-də iştirakı ölkənin uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu siyasətin davamıdır.Onun sözlərinə görə, Azərbaycan öz ətrafına mümkün qədər çox tərəfdaş toplayır və bu, ölkə siyasətinin əsasını təşkil edir."Bu gün ölkə logistika habına çevrilib: Şimal-Cənub və Şərq-Qərb marşrutları Azərbaycandan keçir. Bundan başqa, Zəngəzur dəhlizi də yaxın gələcəkdə yaxşı imkanlar açacaq. Axı Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində mallarının Qərbə ötürülməsi yollarının şaxələndirilməsində maraqlıdır", - deyə Hüsiyev hesab edir.Analitik qeyd edib ki, ŞƏT sammiti Azərbaycan üçün maraqlı olan, respublikaya öz ideyalarını təbliğ etmək imkanı yaradan və aparıcı dövlətlərin liderləri ilə birbaşa ünsiyyət qurmağa imkan verən platformadır."Bu gün Türkiyənin təşkilatın tərəfdaşı kimi təmsil olunması bizim üçün çox vacibdir", - deyə ekspert vurğulayıb.Hüsiyev qeyd edib ki, hazırda dünya çox qarışıq və təlatümlü dövr yaşayır."İnsanda belə bir təəssürat yaranır ki, elə bil Şərq Qərbə qarşı birləşir. Eyni zamanda, unutmamalıyıq ki, dünya əhalisinin yarısı bu və ya digər şəkildə indi ŞƏT-ə üzv olan ölkələrə məxsusdur. Dünyada istehsal olunan ümumi məhsulun demək olar ki, yarısı ŞƏT ölkələrinin payına düşür. Təşkilatın əhəmiyyətinə laqeyd yanaşmaq olmaz", - deyə jurnalist bildirib.Bu barədə daha ətraflı məlumat videomuzda.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446144706_237:0:1677:1080_1920x0_80_0_0_7d7f0122324ed2cf3efd2eedd3e14cd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, видео, şanxay əməkdaşlıq təşkilatı, türkiyə, qərb, şərq
qərb, видео, şanxay əməkdaşlıq təşkilatı, türkiyə, qərb, şərq
Şərq niyə Qərbə qarşı birləşir və bu nəyə səbəb olacaq?
Şanxay Təşkilatının sammitində Azərbaycanın iştirakı ona nə verir və belə bir platforma niyə diqqətdən kənarda qalmamalıdır - Sputnik Azərbaycan-ın videosunda.
AzTV kanalının analitik qrupunun rəhbəri, Əməkdar jurnalist Faiq Hüsiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT-də iştirakı ölkənin uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu siyasətin davamıdır.
Onun sözlərinə görə, Azərbaycan öz ətrafına mümkün qədər çox tərəfdaş toplayır və bu, ölkə siyasətinin əsasını təşkil edir.
"Bu gün ölkə logistika habına çevrilib: Şimal-Cənub və Şərq-Qərb marşrutları Azərbaycandan keçir. Bundan başqa, Zəngəzur dəhlizi də yaxın gələcəkdə yaxşı imkanlar açacaq. Axı Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində mallarının Qərbə ötürülməsi yollarının şaxələndirilməsində maraqlıdır", - deyə Hüsiyev hesab edir.
Analitik qeyd edib ki, ŞƏT sammiti Azərbaycan üçün maraqlı olan, respublikaya öz ideyalarını təbliğ etmək imkanı yaradan və aparıcı dövlətlərin liderləri ilə birbaşa ünsiyyət qurmağa imkan verən platformadır.
"Bu gün Türkiyənin təşkilatın tərəfdaşı kimi təmsil olunması bizim üçün çox vacibdir", - deyə ekspert vurğulayıb.
Hüsiyev qeyd edib ki, hazırda dünya çox qarışıq və təlatümlü dövr yaşayır.
"İnsanda belə bir təəssürat yaranır ki, elə bil Şərq Qərbə qarşı birləşir. Eyni zamanda, unutmamalıyıq ki, dünya əhalisinin yarısı bu və ya digər şəkildə indi ŞƏT-ə üzv olan ölkələrə məxsusdur. Dünyada istehsal olunan ümumi məhsulun demək olar ki, yarısı ŞƏT ölkələrinin payına düşür. Təşkilatın əhəmiyyətinə laqeyd yanaşmaq olmaz", - deyə jurnalist bildirib.
Bu barədə daha ətraflı məlumat videomuzda.