https://sputnik.az/20220916/sanxay-emekdasliq-teskilati-olkeleri-xususi-isci-qruplar-yaradacaq-446147535.html
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri xüsusi işçi qruplar yaradacaq
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri xüsusi işçi qruplar yaradacaq
Sputnik Azərbaycan
ŞƏT ölkələri təşkilat məkanında əhalinin rifahının və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini... 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T17:17+0400
2022-09-16T17:17+0400
2022-09-16T17:17+0400
şanxay əməkdaşlıq təşkilatı
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446126465_0:5:3543:1998_1920x0_80_0_0_69f4a0c2a1e13c59aa4cde50a07fff75.jpg
BAKI, 16 sentyabr — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri startap və innovasiyalar, eyni zamanda yoxsulluqla mübarizə üzrə işçi qruplar yaratmaq qərarına gəliblər. Bu barədə ŞƏT-in üzvü olan dövlət başçıları Şurasının cümə günü qəbul etdiyi Səmərqənd Bəyannaməsində deyilir."Üzv dövlətlər startaplar və innovasiyalar üzrə xüsusi işçi qrupu, yoxsulluqla mübarizə üzrə xüsusi işçi qrupu və ənənəvi tibb üzrə ekspert işçi qrupu yaratmaq qərarına gəliblər", - sənəddə deyilir.ŞƏT ölkələri təşkilat məkanında əhalinin rifahının və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Onlar 2022-ci ilin yanvarında Daşkənddə ŞƏT-in nazirlik və idarə rəhbərlərinin yoxsulluğun azaldılması üzrə birinci iclasının və 2022-ci ilin mayında Buxarada keçirilən Yoxsulluğun Azaldılması üzrə Beynəlxalq Konfransın nəticələrini qeyd ediblər. Bəyannamədə həmçinin ŞƏT-ə üzv dövlətlərin İqtisadi Analitik Mərkəzləri Konsorsiumunun və ŞƏT İqtisadi Forumunun iclaslarının keçirilməsi təcrübəsinin davam etdirilməsinin vacibliyi qeyd olunur.Təşkilatın üzvləri COVID-19-un ŞƏT məkanında iqtisadi artım dinamikasına təsirini qeyd edərək, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün səylərin əlaqələndirilməsinin davam etdirilməsinin, o cümlədən ŞƏT-ə üzv dövlətlərin 2021-2023-cü illər üçün tövsiyə xarakterli tədbirlər planının gələcəkdə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.Bəyannamədə qeyd olunur ki, həmçinin ŞƏT-ə üzv dövlətlərin Çoxtərəfli Ticarət-İqtisadi Əməkdaşlıq Proqramının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Planının ardıcıl həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Bildirilir ki, maliyyə, investisiya, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə, o cümlədən birgə proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ŞƏT regionunda davamlı sosial-iqtisadi inkişafın maraqlarına uyğundur.Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446126465_436:0:3107:2003_1920x0_80_0_0_b0cff09784e51b01bfa4014b9fe1756b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şanxay əməkdaşlıq təşkilatı
şanxay əməkdaşlıq təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri xüsusi işçi qruplar yaradacaq
ŞƏT ölkələri təşkilat məkanında əhalinin rifahının və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
BAKI, 16 sentyabr — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri startap və innovasiyalar, eyni zamanda yoxsulluqla mübarizə üzrə işçi qruplar yaratmaq qərarına gəliblər. Bu barədə ŞƏT-in üzvü olan dövlət başçıları Şurasının cümə günü qəbul etdiyi Səmərqənd Bəyannaməsində deyilir.
"Üzv dövlətlər startaplar və innovasiyalar üzrə xüsusi işçi qrupu, yoxsulluqla mübarizə üzrə xüsusi işçi qrupu və ənənəvi tibb üzrə ekspert işçi qrupu yaratmaq qərarına gəliblər", - sənəddə deyilir.
ŞƏT ölkələri təşkilat məkanında əhalinin rifahının və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Onlar 2022-ci ilin yanvarında Daşkənddə ŞƏT-in nazirlik və idarə rəhbərlərinin yoxsulluğun azaldılması üzrə birinci iclasının və 2022-ci ilin mayında Buxarada keçirilən Yoxsulluğun Azaldılması üzrə Beynəlxalq Konfransın nəticələrini qeyd ediblər. Bəyannamədə həmçinin ŞƏT-ə üzv dövlətlərin İqtisadi Analitik Mərkəzləri Konsorsiumunun və ŞƏT İqtisadi Forumunun iclaslarının keçirilməsi təcrübəsinin davam etdirilməsinin vacibliyi qeyd olunur.
Təşkilatın üzvləri COVID-19-un ŞƏT məkanında iqtisadi artım dinamikasına təsirini qeyd edərək, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün səylərin əlaqələndirilməsinin davam etdirilməsinin, o cümlədən ŞƏT-ə üzv dövlətlərin 2021-2023-cü illər üçün tövsiyə xarakterli tədbirlər planının gələcəkdə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Bəyannamədə qeyd olunur ki, həmçinin ŞƏT-ə üzv dövlətlərin Çoxtərəfli Ticarət-İqtisadi Əməkdaşlıq Proqramının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Planının ardıcıl həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Bildirilir ki, maliyyə, investisiya, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə, o cümlədən birgə proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ŞƏT regionunda davamlı sosial-iqtisadi inkişafın maraqlarına uyğundur.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.