Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin: "Ukraynadakı münaqişənin tezliklə başa çatması üçün hər şeyi edəcəyik"

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин и премьер-министр Индии Нарендра Моди (слева) во время встречи на полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде
Президент РФ Владимир Путин и премьер-министр Индии Нарендра Моди (слева) во время встречи на полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Rusiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişənin mümkün qədər tez dayandırılması üçün hər şeyi edəcəklər.
BAKI, 16 sentyabr — Sputnik. Biz Ukraynadakı münaqişənin tezliklə başa çatması üçün hər şeyi edəcəyik, lakin Kiyev danışıqlardan imtina edib və hərbi əməliyyatlara getmək qərarına gəlib. Bunu Rusiya prezidenti Vladimir Putin indistanın Baş naziri Narendra Modi ilə görüşündə deyib.
"Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi bilirəm. Siz daim narahatlıqlarınızı ifadə edirsiniz. Biz bunun mümkün qədər tez dayandırılması üçün hər şeyi edəcəyik. Təəssüf ki, yalnız qarşı tərəf, Ukrayna rəhbərliyi bu görüşdən imtina etdiyini açıqladı. Danışıqlar prosesi, öz məqsədlərinə, necə deyərlər, döyüş meydanında hərbi yolla nail olmaq istədiyini açıqladı", - deyə Rusiya lideri bildirib.
"Bununla belə, biz həmişə orada baş verənlər barədə sizi məlumatlandıracağıq", - deyə o əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0