https://sputnik.az/20220916/putin-pasinyanla-danisdi-446124330.html
Putin Paşinyanla danışdı
Putin Paşinyanla danışdı
Sputnik Azərbaycan
Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T11:09+0400
2022-09-16T11:09+0400
2022-09-16T11:10+0400
putin
siyasət
nikol paşinyan
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434147508_0:0:2889:1625_1920x0_80_0_0_0eb150e57e19efd434724438e324da17.jpg
BAKI, 16 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin cümə günü telefon danışığı keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər."Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Ermənistanın baş naziri və Rusiya prezidenti Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər", - məlumatda deyilir."KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gedib", - KTMT-nin birgə qərargahından bildirilib.Həmçinin qeyd olunur ki, İrəvana çatdıqdan dərhal sonra general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib."Görüşdə Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə yaranmış vəziyyət müzakirə olunub".Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin sayı 71-ə yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434147508_16:0:2747:2048_1920x0_80_0_0_88eadb48de182d677f26a050817215a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, nikol paşinyan, rusiya prezidenti vladimir putin
putin, nikol paşinyan, rusiya prezidenti vladimir putin
Putin Paşinyanla danışdı
11:09 16.09.2022 (Yenilənib: 11:10 16.09.2022) Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.
BAKI, 16 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin cümə günü telefon danışığı keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Putin və Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.
"Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Ermənistanın baş naziri və Rusiya prezidenti Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər", - məlumatda deyilir.
"KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gedib", - KTMT-nin birgə qərargahından bildirilib.
Həmçinin qeyd olunur ki, İrəvana çatdıqdan dərhal sonra general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib.
"Görüşdə Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə yaranmış vəziyyət müzakirə olunub".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin sayı 71-ə yüksəlib.