https://sputnik.az/20220916/putin-dunya-siyasetinde-ve-iqtisadiyyatinda-geri-donusu-olmayan-deyisiklikler-olub-446136090.html
Putin: Dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklər olub
Putin: Dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklər olub
Sputnik Azərbaycan
Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T15:33+0400
2022-09-16T15:33+0400
2022-09-16T15:34+0400
rusiya prezidenti vladimir putin
rusiya
şət
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446135932_0:0:2965:1668_1920x0_80_0_0_ceedaf2744fde71089ffeddb983feb08.jpg
BAKI, 16 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində "iqtisadi eqoizm" və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb.Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı deyib."Bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik", - deyə Rusiya prezidenti vurğulayıb.Putin Rusiyanın siyasətində heç bir "eqoizm" olmadığını vurğulayıb: "Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar".Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: "Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır".Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri cümə günü Səmərqənddə dar tərkibdə sammitin iclasına başlayıb.Bundan əlavə cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası planlaşdırılır. İclasın nəticələrinə əsasən ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446135932_234:0:2965:2048_1920x0_80_0_0_693faf996ee9a98db9dfa2987179e140.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya prezidenti vladimir putin, şət
rusiya prezidenti vladimir putin, şət
Putin: Dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklər olub
15:33 16.09.2022 (Yenilənib: 15:34 16.09.2022) Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib
BAKI, 16 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində "iqtisadi eqoizm" və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb.
Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı deyib.
"Bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin Rusiyanın siyasətində heç bir "eqoizm" olmadığını vurğulayıb: "Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar".
Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: "Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır".
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri cümə günü Səmərqənddə dar tərkibdə sammitin iclasına başlayıb.
Bundan əlavə cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası planlaşdırılır. İclasın nəticələrinə əsasən ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.