https://sputnik.az/20220916/nazir-muavininden-ermenilerin-xocalida-toretdiyi-yanginla-bagli-aciqlama-446122615.html
Nazir müavinindən ermənilərin Xocalıda törətdiyi yanğınla bağlı açıqlama
Nazir müavinindən ermənilərin Xocalıda törətdiyi yanğınla bağlı açıqlama
Sputnik Azərbaycan
Vüqar Kərimov bildirib ki, ermənilər təkcə insanlığa yox, təbiətə qarşı da vandal siyasətlərini davam etdirirlər. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T10:23+0400
2022-09-16T10:23+0400
2022-09-16T10:45+0400
yanğın
cəmiyyət
xocalı
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/17/425278476_0:0:1001:563_1920x0_80_0_0_0156cea38db654f36261c23e56be55ab.jpg
BAKI, 16 sentyabr — Sputnik. "Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular".Bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.Nazir müavini deyib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır: "Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir".Qeyd edək ki, bir müddət öncə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilər meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/17/425278476_46:0:935:667_1920x0_80_0_0_ab4f566d347bf65014d0255e1723738c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yanğın, xocalı
Nazir müavinindən ermənilərin Xocalıda törətdiyi yanğınla bağlı açıqlama
10:23 16.09.2022 (Yenilənib: 10:45 16.09.2022) Vüqar Kərimov bildirib ki, ermənilər təkcə insanlığa yox, təbiətə qarşı da vandal siyasətlərini davam etdirirlər.
BAKI, 16 sentyabr — Sputnik. "Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular".
Bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini deyib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır: "Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir".
Qeyd edək ki, bir müddət öncə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilər meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.