Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalaşan ərzaqlar içərisində yumurta liderdir - CƏDVƏL

© Sputnik / Murad OrujovSupermarketdə alış-veriş, arxiv şəkli
Supermarketdə alış-veriş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Avqustda Azərbaycanda illik ərzaq inflyasiyası 20,8 faizə yüksəlib. Bahalaşan və ucuzlaşan məhsullar materialımızda.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda ötən 8 ayda ərzaq məhsulları, içki və siqaretlər 18,9 faiz bahalaşıb. Təkcə avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki ilin avqust ayına nisbətən 20,8 faiz qalxıb. Bu isə ötən ölkədə illik ərzaq inflyasiyasının 20,8 faizə yüksəlməsi deməkdir.
Yumurta ilk yerdədir
Ötən ay ən çox bahalaşan ərzaq məhsulları içərisində yumurta liderliyini qoruyur. Ötən ay iyulla müqayisədə yumurtanın qiyməti 5,6 faiz artıb.
Hazırda ağ yumurta 16-19 qəpiyə (daha əvvəl 13-15 qəpik), sarı yumurta isə 22-25 qəpiyə (daha əvvəl 16-19 qəpik) satılır.
İkinci ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb - 3,1 faiz artım.
Üçüncü yerdə isə çörək, çörək məmulatları və yarmalar (2,7 faiz artım) gəlir.
Ət və ət məhsulları da çox bahalaşan məhsulların içərisində yer alır. Ötən ay ət və ət məhsulları 2 faiz bahalaşıb.
Kərə və bitki yağlarının qiymətləri də 1,1 faiz qalxıb.
Yumurta - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Yumurta
Ən çox meyvə ucuzlaşıb
Azərbaycanda meyvələr, balıq və balıq məhsulları ucuzlaşıb. Belə ki, meyvələr 3,5 faiz, balıq isə 0,5 faiz ucuzlaşıb.
Qeyd edək ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub.
© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidPiştaxtada tərəvəzlər, arxiv şəkli
Продукты на прилавке маркета - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Piştaxtada tərəvəzlər, arxiv şəkli
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, 8 ayda istehlak qiymətləri 13,2 faiz bahalaşıb.
Xəbər lenti
0