CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda narkotik cinayətlər artıb - Şok statistika açıqlandı

© AFP 2024 / VALERY HACHEИзъятые полицейскими пакеты с наркотиками, фото из архива
Изъятые полицейскими пакеты с наркотиками, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Dövlət Komissiyasının hesabatınına görə, bu il narkotikə görə tutulanların 60-ı əcnəbidir.
BAKI, 16 sentyabr — Sputnik. Сari ilin 8 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7440 cinayət faktı aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.
Onlardan 2604-ü narkotik vasitələrin qanunsuz satışı, 4412-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 352-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 72-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 410 kq 440,04 qr və 32762 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 886 kq 460,352 qr-nı heroin, 1 ton 474 kq 985,454 qr-nı marixuana, 251 kq 886,831qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 32238 həb metadon, 129 kq 282,257 qr-nı digər narkotik vasitələr və 639 kq 779,152 qr və 524 ədəd həbpsixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 1 kq 764 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə,79298 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülübdür.
"Təhlil göstərir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1477, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 423, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1036, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 24 fakt artmışdır", məlumatda bildirilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 006 kq 186,182 qr və 7952 ədəd kapsul və 2208 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,163 hektar sahədən çəkisi 159 ton 892 kq olan 336284 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilibdir.
Xəbər lenti
0