Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Yeni böyük saziş üzərində iş gedir və tamamlanmaq üzrədir"

© Sputnik / Григорий СысоевНа полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде
На полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Rusiya və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçidini təmin edəcək yeni böyük saziş üzərində iş gedir və tamamlanmaq üzrədir.
BAKI, 15 sentyabr — Sputnik. Moskva və Tehran münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə daşıyacaq böyük sazişi tamamlayırlar. Bunu cümə axşamı Rusiya prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib.
"Rusiya və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçidini təmin edəcək yeni böyük saziş üzərində iş gedir və tamamlanmaq üzrədir", - o deyib.
Putin iki ölkə arasında ticarətin artmasına da diqqət çəkib. Ötən il 81%, bu ilin ilk 5 ayında isə təxminən 30% artıb. "Hökumətlərarası komissiya bu istiqamətdə fəal işləyir", - Rusiya prezidenti əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Xəbər lenti
0