https://sputnik.az/20220915/lham-eliyev-ozbekistanin-birinci-prezidenti-slam-kerimovun-meqberesini-ziyaret-edib-446076112.html
İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib
İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak etmək üçün Səmərqənddə səfərdədir. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T12:40+0400
2022-09-15T12:40+0400
2022-09-15T12:40+0400
iran
siyasət
prezident ilham əliyev
putin
rusiya prezidenti vladimir putin
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446074632_0:79:1340:833_1920x0_80_0_0_b8177dbf66daa0dd446b26fa822ebae9.jpg
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində "Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir" sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.Sonra "Qurani-Kərim"dən ayələr oxunub.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək."Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik", - deyə Kremlin sözçüsü vurğulayıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək. Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220915/kreml-azerbaycan-ve-rusiya-prezidentleri-serheddeki-gerginliyi-muzakire-edecekler-446073584.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446074632_62:0:1278:912_1920x0_80_0_0_ccfb260a31b5af584299261506c66d76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
iran, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib
Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak etmək üçün Səmərqənddə səfərdədir.
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.
Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində "Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir" sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.
Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.
Sonra "Qurani-Kərim"dən ayələr oxunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
"Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik", - deyə Kremlin sözçüsü vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.
Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.
O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək. Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.