SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ermənistan-Azərbaycan gərginliyi həyəcanverici olmaya bilməz"- ŞƏT baş katibinin müavini

© Photo : Ministry of National Defense (Turkey)Cовместные учения азербайджанских и турецких военнослужащих
Cовместные учения азербайджанских и турецких военнослужащих - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Sırf siyasi səbəblərdən qaynaqlanan dünya iqtisadiyyatının böhran meyilləri bu gün ŞƏT məkanına, ŞƏT ölkələrinə elə də təsir göstərməyib.
BAKI, 15 sentyabr — Sputnik. Geosiyasi proseslər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gündəliyinə təsir etməyib. Bu barədə cümə axşamı "Rossiya-24" telekanalının efirində təşkilatın baş katibinin müavini Qriqori Loqvinov bildirib.
Loqvinov əlavə edib ki, buna baxmayaraq, Ermənistanla Azərbaycan arasındakı gərginlik, Qırğızıstan və Tacikistan sərhədində atışma kimi siyasi gərginliklər həyəcan verici olmaya bilməz və burada geosiyasi konteksti görmək çətin deyil.
"Təəssüf ki, sırf siyasi səbəblərdən qaynaqlanan dünya iqtisadiyyatının böhran meyilləri bu gün ŞƏT məkanına, ŞƏT ölkələrinə elə də təsir göstərməyib", - deyə baş katibin müavini qeyd edib.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq, eyni zamanda Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə, eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Can Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Xəbər lenti
0