Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Anatoli Sidorov: KTMT missiyası Ermənistana göndərilib

© AFP 2023 / Handout / Russian Defence MinistryKTMT
KTMT  - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
KTMT-nın Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlmişdi.
BAKI, 15 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası vəziyyəti yerindəcə təhlil etmək, Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsinin səbəblərini və onun həlli yollarını araşdırmaq üçün Ermənistana göndərilib.
Bunu KTMT-nın birgə qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 14-də keçirilən iclasında Rusiyanın Ermənistan və Azərbaycan sərhədində deeskalasiya istiqamətində atdığı addımlar barədə məlumat verib.
İclasda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.
Missiyaya təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov və iştirakçı dövlətlərin nümayəndələri daxil olacaq.
Şura həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib və KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlib. Onun tərkibinə Katibliyin əməkdaşları və Birləşmiş Qərargahın hərbi qulluqçuları daxil olacaq.
Sentyabrın 13-də axşam saatlarında Ermənistanın xahişi ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.
Məlumata görə, Tokayev çərşənbə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib. Videokonfrans formatında olan tədbir Ermənistanın təklifi ilə keçirilib.
Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Флаги стран-участниц Организации Договора о коллективной безопасности (ОДКБ), фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
KTMT Stanislav Zası xüsusi missiya ilə Ermənistana göndərib
Xəbər lenti
0