https://sputnik.az/20220915/abs-dovlet-departamenti-gerginliyin-azalmasi-ucun-elimizden-geleni-etmeye-haziriq-446076325.html
ABŞ Dövlət Departamenti: Gərginliyin azalması üçün əlimizdən gələni etməyə hazırıq
ABŞ Dövlət Departamenti: Gərginliyin azalması üçün əlimizdən gələni etməyə hazırıq
Sputnik Azərbaycan
Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını bəyan etdiklərini xatırladıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T14:00+0400
2022-09-15T14:00+0400
2022-09-15T14:00+0400
abş
azərbaycan-ermənistan sərhədində vəziyyət
müdafiə nazirliyi
abş dövlət departamenti
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444548500_0:0:3021:1700_1920x0_80_0_0_5139fa756bfe88f3f0315fd88e6eb434.jpg
BAKI, 15 sentyabr — Sputnik. Dövlət katibi Entoni Blinken, səfir Filip Riker, Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentindən digər rəsmilər Ermənistan və Azərbaycanla, digər maraqlı tərəflər və tərəfdaşlarla bir sıra danışıqlar aparıb.Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.O deyib ki, bütün bu danışıqların detallarını açıqlaya bilməz: "Amma daha əvvəl də dediyim kimi, biz diplomatik çərçivədə işləməyə davam edəcəyik. Biz bu toqquşmalara son qoyulması və gərginliyin azalması üçün ikitərəfli və çoxtərəfli əsasda əlimizdən gələni etməyə hazırıq".Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını bəyan etdiklərini xatırladıb: "Biz hər iki tərəfi gələcək hərbi əməliyyatlardan çəkinməyə, dialoq və diplomatiyaya dönməyə çağırmışıq. Biz öz tərəfimizdən bu istiqamətdə işləməyə davam edirik".Ned Prays onu da xatırladıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri, səfir Riker Bakıda yüksək səviyyəli görüşlər keçirib, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon əlaqəsi saxlayıb: "Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təşviq etmək üçün əlimizdən gələni etməyə sadiq qalırıq".Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444548500_0:0:2731:2048_1920x0_80_0_0_c573530700a022f17168213f47b2b4fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, müdafiə nazirliyi, abş dövlət departamenti, azərbaycan və ermənistan arasında müharibə
abş, müdafiə nazirliyi, abş dövlət departamenti, azərbaycan və ermənistan arasında müharibə
ABŞ Dövlət Departamenti: Gərginliyin azalması üçün əlimizdən gələni etməyə hazırıq
Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını bəyan etdiklərini xatırladıb.
BAKI, 15 sentyabr — Sputnik. Dövlət katibi Entoni Blinken, səfir Filip Riker, Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentindən digər rəsmilər Ermənistan və Azərbaycanla, digər maraqlı tərəflər və tərəfdaşlarla bir sıra danışıqlar aparıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O deyib ki, bütün bu danışıqların detallarını açıqlaya bilməz: "Amma daha əvvəl də dediyim kimi, biz diplomatik çərçivədə işləməyə davam edəcəyik. Biz bu toqquşmalara son qoyulması və gərginliyin azalması üçün ikitərəfli və çoxtərəfli əsasda əlimizdən gələni etməyə hazırıq".
Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını bəyan etdiklərini xatırladıb: "Biz hər iki tərəfi gələcək hərbi əməliyyatlardan çəkinməyə, dialoq və diplomatiyaya dönməyə çağırmışıq. Biz öz tərəfimizdən bu istiqamətdə işləməyə davam edirik".
Ned Prays onu da xatırladıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri, səfir Riker Bakıda yüksək səviyyəli görüşlər keçirib, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon əlaqəsi saxlayıb: "Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təşviq etmək üçün əlimizdən gələni etməyə sadiq qalırıq".
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.
İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.
Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.
General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.