https://sputnik.az/20220914/rusiya-xn-resmisinden-lacin-dehlizi-ile-bagli-aciqlama-446021669.html
Rusiya XİN rəsmisindən Laçın dəhlizi ilə bağlı açıqlama
Rusiya XİN rəsmisindən Laçın dəhlizi ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib ki, Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T13:36+0400
2022-09-14T13:36+0400
2022-09-14T13:36+0400
rusiya
rusiya
xin
azərbaycan
ermənistan
laçın
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427448501_0:0:3073:1728_1920x0_80_0_0_e1996c41f73a8fc44b9e501e0e780e55.jpg
BAKI, 14 sentyabr — Sputnik. Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib."Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Eyni zamanda, avqustun 30-dan Laçın şəhərindən və dəhlizin köhnə marşrutunun mühafizə zolağında yerləşən digər yaşayış məntəqələrindən yan keçmək üçün müvəqqəti marşrut xətti üzrə nəqliyyatın hərəkəti həyata keçirilir", - Qonçar müsahibəsində bildirib.O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb."Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər", - Qonçar əmin edib.Onun sözlərinə görə, həm Bakı, həm də İrəvan Laçın dəhlizi ətrafında bütün məsələlərin həllində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun aparılmasına əsaslanmalıdır.Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.Qeyd edək ki, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0c/427448501_133:0:2862:2047_1920x0_80_0_0_767c513294e9b99077a6284e925df1b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, xin, azərbaycan, ermənistan, laçın
rusiya, xin, azərbaycan, ermənistan, laçın
Rusiya XİN rəsmisindən Laçın dəhlizi ilə bağlı açıqlama
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib ki, Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.
"Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Eyni zamanda, avqustun 30-dan Laçın şəhərindən və dəhlizin köhnə marşrutunun mühafizə zolağında yerləşən digər yaşayış məntəqələrindən yan keçmək üçün müvəqqəti marşrut xətti üzrə nəqliyyatın hərəkəti həyata keçirilir", - Qonçar müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb.
"Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər", - Qonçar əmin edib.
Onun sözlərinə görə, həm Bakı, həm də İrəvan Laçın dəhlizi ətrafında bütün məsələlərin həllində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun aparılmasına əsaslanmalıdır.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.