Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Rusiya Ermənistanla Azərbaycan arasında sabitlik üçün tədbirlər görür - XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Diplomat bildiribn ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdə olduğundan Rusiyanın vəzifəsi hər iki tərəf üçün bu qədər həssas sərhəd mövzusunu siyasiləşmədən sərhəd zonasında sabitliyə töhfə verməkdir.
BAKI, 14 sentyabr - Sputnik. Moskva Bakı və İrəvanla sıx təmasdadır və Ermənistanla Azərbaycan sərhədində vəziyyətin tezliklə sabitləşməsinə kömək etmək üçün tədbirlər görür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz Bakı və İrəvanla sıx təmasdayıq. Biz vəziyyətin tezliklə sabitləşməsinə kömək etmək üçün lazımi tədbirlər görürük", - o deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdədir və Moskva təəssüflənir ki, bu prosesdə qırılmalar olur.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdə olduğundan bizim vəzifəmiz işin maksimum səmərəliliyini təmin etmək üçün bütün lazımi şəraiti yaratmaq, bu fəaliyyətə kənardan müdaxilə etmədən, hər iki tərəf üçün bu qədər həssas sərhəd mövzuları siyasiləşmədən və kəskinləşmədən qaçınmaqla sərhəd zonasında sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Təəssüf ki, bu prosesdə fasilələr olur. Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhəd bölgəsində vəziyyət kəskin şəkildə gərginləşib”, - deyə Qonçar bildirib.
O xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfləri daha da gərginləşmədən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0