https://sputnik.az/20220914/lavrovun-xususi-numayendesi-baki-ve-revana-sefer-edecek-446023715.html
Lavrovun xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək
Lavrovun xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək
Sputnik Azərbaycan
XİN rəsmisi bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərində sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T14:19+0400
2022-09-14T14:19+0400
2022-09-14T14:19+0400
lavrov
azərbaycan-ermənistan sərhədində vəziyyət
rusiya xin
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:3073:1728_1920x0_80_0_0_76ee40e348c6d9bd27793ecc75db4ee9.jpg
BAKI, 14 sentyabr — Sputnik. Elvin Səlimov. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək.Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti"yə müsahibəsində bildirib."Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan bizə Rusiyanın müvafiq yardımına tələbatın olduğunu təsdiqləyiblər. Əlbəttə, bizim üçün bu, özünü reklam deyil, lakin böyük məsuliyyətdir", - Qonçar vurğulayıb.O xatırladıb ki, bu səylərə sistemli və məzmunlu xarakter vermək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi tapşırıqlar üzrə səfir Xovayevə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını həvalə edib:"Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsinin razılaşdırılmasını asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfər edir. Onun regiona növbəti səfərləri bu ay həyata keçirilir".Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:2731:2048_1920x0_80_0_0_35b4b7bb31a1bd139e4c2682fd4d7a2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, rusiya xin, ermənistan, azərbaycan
lavrov, rusiya xin, ermənistan, azərbaycan
Lavrovun xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək
XİN rəsmisi bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərində sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur.
BAKI, 14 sentyabr — Sputnik. Elvin Səlimov. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək.
Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti"yə müsahibəsində bildirib.
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan bizə Rusiyanın müvafiq yardımına tələbatın olduğunu təsdiqləyiblər. Əlbəttə, bizim üçün bu, özünü reklam deyil, lakin böyük məsuliyyətdir", - Qonçar vurğulayıb.
O xatırladıb ki, bu səylərə sistemli və məzmunlu xarakter vermək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi tapşırıqlar üzrə səfir Xovayevə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını həvalə edib:
"Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsinin razılaşdırılmasını asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfər edir. Onun regiona növbəti səfərləri bu ay həyata keçirilir".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.