https://sputnik.az/20220914/gurcustandan-azerbaycan-ve-ermenistana-teklif-446018477.html
Gürcüstandan Azərbaycan və Ermənistana təklif
Gürcüstandan Azərbaycan və Ermənistana təklif
Sputnik Azərbaycan
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T12:01+0400
2022-09-14T12:01+0400
2022-09-14T12:01+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
gürcüstan
azərbaycan
ermənistan
təklif
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/41838/81/418388189_0:90:1904:1161_1920x0_80_0_0_981bcd6313c35f87c728309dab29a1f1.jpg
BAKI, 14 sentyabr — Sputnik. “Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbi eskalasiyanı və bunun nəticəsində yaranmış münaqişə vəziyyətini böyük narahatlıqla izləyirik”. Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında belə qeyd olunub."Qarşıdurmalar zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alınması təmin edilməlidir. Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərəçarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir", - Nazirliyin açıqlamasında bildirilib.Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41838/81/418388189_0:0:1904:1429_1920x0_80_0_0_45f74abfe0299803d358b571f3ba8350.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, azərbaycan, ermənistan, təklif, danışıqlar
gürcüstan, azərbaycan, ermənistan, təklif, danışıqlar
Gürcüstandan Azərbaycan və Ermənistana təklif
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir göstərəcək.
BAKI, 14 sentyabr — Sputnik. “Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbi eskalasiyanı və bunun nəticəsində yaranmış münaqişə vəziyyətini böyük narahatlıqla izləyirik”. Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında belə qeyd olunub.
"Qarşıdurmalar zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alınması təmin edilməlidir. Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərəçarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir", - Nazirliyin açıqlamasında bildirilib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.