https://sputnik.az/20220914/ermenistan-terefinden-itkilerle-bagli-etiraf-446046323.html
Ermənistan tərəfindən itkilərlə bağlı etiraf
Ermənistan tərəfindən itkilərlə bağlı etiraf
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T17:22+0400
2022-09-14T17:22+0400
2022-09-14T17:22+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354104_0:0:3079:1733_1920x0_80_0_0_301e55a254e2619d1c4587a5f4ed059d.jpg
BAKI, 14 sentyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sərhəddə baş vermiş və hələ də davam edən qanlı toqquşmalarda həlak olmuş erməni hərbçilərinin sayını açıqlayıb. Ermənistan parlamentində çıxışı zamanı baş nazir Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı erməni tərəfinin 105 hərbi qulluqçusunun həlak olduğunu dilə gətirib.Qeyd edək ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.Bildirilir ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.Xatırladaq ki, Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354104_235:0:2966:2048_1920x0_80_0_0_417625802d53afd384aad59870ca270e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, azərbaycan
Ermənistan tərəfindən itkilərlə bağlı etiraf
Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub.
BAKI, 14 sentyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sərhəddə baş vermiş və hələ də davam edən qanlı toqquşmalarda həlak olmuş erməni hərbçilərinin sayını açıqlayıb. Ermənistan parlamentində çıxışı zamanı baş nazir Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı erməni tərəfinin 105 hərbi qulluqçusunun həlak olduğunu dilə gətirib.
Qeyd edək ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
Bildirilir ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.