https://sputnik.az/20220914/bakida-tarixi-abideye-mudaxile-edenler-cerimelenib-445976054.html
Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələnib
Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələnib
Sputnik Azərbaycan
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T08:01+0400
2022-09-14T08:01+0400
2022-09-14T08:01+0400
bakı
mədəniyyət
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0b/424651607_0:80:3073:1808_1920x0_80_0_0_c4e40dd92c11131aa36777363963b0fc.jpg
BAKI, 14 sentyabr — Sputnik. Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bu barədə məlumat verib.N.Allahyarova bildirib ki, sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur.Onun sözlərinə görə, tarixi abidəyə edilən hər hansısa bir müdaxilə mütləq şəkildə Dövlət Xidmətinin rəyi əsasında olmalıdır: "Tarixi abidələrin restorana çevrilməsində qəbahət yoxdur. Çünki bu cür abidələr müəyyən icazələrdən sonra sahibkarlıq fəaliyyəti səbəbi ilə istifadə edilə bilər. Lakin burada birinci şərt abidənin ümumi tarixiliyinə zərər verilməməsidir. Olsa belə, bu, birbaşa Dövlət Xidmətinin mütəxəssislərinin rəyi və iştirakı ilə həyata keçirilə bilər".Sektor müdiri APA-ya sözügedən binaya edilən qanunsuz müdaxilənin aktlaşdırıldığını deyib: "Sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki Dövlət Xidməti məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Məsələnin bundan sonrakı vəziyyəti də diqqətimizdədir. Binanın əvvəlki halının bərpasına nəzarət ediləcək".Qeyd edək ki, ötən gün memar Elçin Əliyev tarixi abidəyə edilən müdaxilə ilə bağlı sosial şəbəkə hesabında məlumat yaymışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0b/424651607_0:0:2731:2048_1920x0_80_0_0_0bb974d36f7e3a4222563d0bc59a4d5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, mədəniyyət nazirliyi
bakı, mədəniyyət nazirliyi
Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələnib
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini nəzarətə götürüb.
BAKI, 14 sentyabr — Sputnik. Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.
Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bu barədə məlumat verib.
N.Allahyarova bildirib ki, sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur.
Onun sözlərinə görə, tarixi abidəyə edilən hər hansısa bir müdaxilə mütləq şəkildə Dövlət Xidmətinin rəyi əsasında olmalıdır: "Tarixi abidələrin restorana çevrilməsində qəbahət yoxdur. Çünki bu cür abidələr müəyyən icazələrdən sonra sahibkarlıq fəaliyyəti səbəbi ilə istifadə edilə bilər. Lakin burada birinci şərt abidənin ümumi tarixiliyinə zərər verilməməsidir. Olsa belə, bu, birbaşa Dövlət Xidmətinin mütəxəssislərinin rəyi və iştirakı ilə həyata keçirilə bilər".
Sektor müdiri APA-ya sözügedən binaya edilən qanunsuz müdaxilənin aktlaşdırıldığını deyib:
"Sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki Dövlət Xidməti məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Məsələnin bundan sonrakı vəziyyəti də diqqətimizdədir. Binanın əvvəlki halının bərpasına nəzarət ediləcək".
Qeyd edək ki, ötən gün memar Elçin Əliyev tarixi abidəyə edilən müdaxilə ilə bağlı sosial şəbəkə hesabında məlumat yaymışdı.