https://sputnik.az/20220914/azerbaycanda-ehalinin-sayi-aciqlandi-446020279.html
Azərbaycanda əhalinin sayı açıqlandı
Azərbaycanda əhalinin sayı açıqlandı
Sputnik Azərbaycan
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb. 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T13:53+0400
2022-09-14T13:53+0400
2022-09-14T13:53+0400
azərbaycan
cəmiyyət
əhali
say
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118537_0:0:3071:1728_1920x0_80_0_0_72f34aa13a982950cc4c0c72ba3a287a.jpg
BAKI, 14 sentyabr — Sputnik. İlin əvvəlindən ölkə əhalisinin sayı 35 min 243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb.Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəm doğulanların sayı isə 96 olub.Qeyd edək ki, ölkədə cari ilin yanvar-iyul ayları ərzində 37 min 183 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118537_176:0:2907:2048_1920x0_80_0_0_9db78e39dfe16bd616a4a4ddc43a9fa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, əhali, say
Azərbaycanda əhalinin sayı açıqlandı
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.
BAKI, 14 sentyabr — Sputnik. İlin əvvəlindən ölkə əhalisinin sayı 35 min 243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 min 491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəm doğulanların sayı isə 96 olub.
Qeyd edək ki, ölkədə cari ilin yanvar-iyul ayları ərzində 37 min 183 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb.