CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları aşkar edilib

© AP Photo / Ng Han GuanXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.
BAKI, 14 sentyabr — Sputnik. Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.
Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcə də, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.
Xatırladaq ki, bir müddət öncə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılmışdı.
Xəbər lenti
0