Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sabah kolleclərə əlavə yerləşdirmə nəticəsində qəbul olanların qeydiyyatı başlayır

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Nazirlikdən verilən məlumatda bildirilib ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcək
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 14-ü, saat 12:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olmuş şəxslərin qeydiyyat prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, ötən gün doqquz illik təhsil bazasından kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmək üçün 3747 abituriyent ərizə təqdim edib. Onlardan 1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Xəbər lenti
0