https://sputnik.az/20220913/pasinyan-ermenistan-hec-kime-dehliz-yaratmaq-fikrinde-deyil-445972161.html
Paşinyan: "Ermənistan heç kimə dəhliz yaratmaq fikrində deyil"
Paşinyan: "Ermənistan heç kimə dəhliz yaratmaq fikrində deyil"
Sputnik Azərbaycan
Ermənistanın baş naziri bildirib ki, Azərbaycan da daxil olmaqla, regionun bütün ölkələrinin bu marşrutlardan istifadə edə biləcəyi yollar açmağa hazırdırlar. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T12:51+0400
2022-09-13T12:51+0400
2022-09-13T14:24+0400
nikol paşinyan
zəngəzur dəhlizi
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354114_0:0:2807:1580_1920x0_80_0_0_c19604f26057a838f368d4bb24fdf9d5.jpg
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşuları, o cümlədən Azərbaycan üçün kommunikasiyalar açmağa hazırdır. Bunu parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib."Biz Ermənistan və Azərbaycan da daxil olmaqla, regionun bütün ölkələrinin bu marşrutlardan istifadə edə biləcəyi yollar açmağa hazırıq", - Paşinyan bildirib.Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların bərpa edilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə tərəflər üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət işçi qrupu yaratmaq qərarına gəliblər. İşçi qrupun son iclası sentyabrın əvvəlində Moskvada baş tutub.Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426354114_78:0:2807:2047_1920x0_80_0_0_02bac53201d30ab2532c22980c3fe46c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, zəngəzur dəhlizi
nikol paşinyan, zəngəzur dəhlizi
Paşinyan: "Ermənistan heç kimə dəhliz yaratmaq fikrində deyil"
12:51 13.09.2022 (Yenilənib: 14:24 13.09.2022) Ermənistanın baş naziri bildirib ki, Azərbaycan da daxil olmaqla, regionun bütün ölkələrinin bu marşrutlardan istifadə edə biləcəyi yollar açmağa hazırdırlar.
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşuları, o cümlədən Azərbaycan üçün kommunikasiyalar açmağa hazırdır. Bunu parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Biz Ermənistan və Azərbaycan da daxil olmaqla, regionun bütün ölkələrinin bu marşrutlardan istifadə edə biləcəyi yollar açmağa hazırıq", - Paşinyan bildirib.
Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların bərpa edilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə tərəflər üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət işçi qrupu yaratmaq qərarına gəliblər. İşçi qrupun son iclası sentyabrın əvvəlində Moskvada baş tutub.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.