CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-ya müraciət edilib

© Photo : State Security Service of the Republic of AzerbaijanDTX
DTX - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması halları müəyyənləşdirilib.
Bu barədə Azərbaycanın Maliyyə Nazirliyi məlumat yayıb.
Həmçinin müəyyənləşdirilib ki, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları da var.
Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.
DTX - Sputnik Azərbaycan, 1920, 13.09.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Nazirlik Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib
Xəbər lenti
0