Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Avropa İttifaqı Azərbaycan və Ermənistana çağırış edib

© Photo : MFA AzerbaijanAİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır.
BAKI, 13 sentyabr — Sputnik. "Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər və intensiv atəş dərhal dayandırılmalıdır".
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “Twitter”də yazıb.
"Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır", - o bildirib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Xəbər lenti
0