CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah mülayim meh əsəcək

© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində
Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.
BAKI, 12 sentyabr — Sputnik. Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Mərkəzindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.
Xəbər lenti
0