SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya arasında memorandum imzalanıb

© Sputnik / Murad OrujovBayraq
Bayraq - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar.
BAKI, 12 sentyabr — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Xidmətindən verilən məlumata görə, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar.
Memorandumda rəqabət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan daxil olmuş 3843 müraciətə baxıb.
Dövlət Xidməti 1531 müraciəti təmin edib, 1349 müraciətə dair izahat və tövsiyə verib, 462 müraciət üzrə araşdırmaları davam etdirir, 264 müraciəti aiddiyyəti orqana göndərib, zəruri sənədlər təqdim edilmədiyi üçün 151 müraciətə baxılmasını dayandırıb, 55 müraciətdə qeyd edilmiş faktları aşkar etməyib, 31 müraciət üzrə aidiyyəti orqana üz tutmağı tövsiyə edib.
8 ay ərzində 213774 manat istehlakçılara qaytarılıb, 16821 manat dəymiş ziyan ödənilib.
Xəbər lenti
0