Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avstriya XİN Rusiyaya qarşı sanksiyaların ləğv oluna biləcəyini istisna etməyib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidVyana şəhərinə mənzərə, arxiv şəkli
Vyana şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2022
Abunə olmaq
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirmişdi ki, Avropa ölkələri sakinlərinin elektrik enerjisinin qiymətlərinin artması ilə bağlı narazılığına baxmayaraq, Rusiyaya qarşı sanksiyaların zəifləyəcəyini gözləmək çətindir.
BAKI, 10 sentyabr — Sputnik. Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi mümkündür. Bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq söyləyib. Onun sözlərinə görə, Moskva Avropaya güzəştə gedərsə, bu, baş verə bilər.
"Mən çox ümid edirəm ki, nə vaxtsa biz diplomatiyanın uğur qazanacağı məqama qayıdacağıq", - deyə diplomat "Wiener Zeitung" qəzetinə müsahibəsində söyləyib.
Şallenberq rusiyalılar üçün şengen vizalarının verilməsinə tamamilə qadağa qoyulmasını səhv adlandırıb. O qeyd edib ki, "coğrafiya dəyişmir, Rusiya tarixin və Avropa mədəniyyətinin bir hissəsi olaraq qalır".
Eyni zamanda, Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aİ-nin bir sıra Rusiya vətəndaşlarına qarşı sanksiyalarının dəyişməz qalacağını dəqiqləşdirib.
Bundan əvvəl Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Şərq İqtisadi Forumunda belə bir fikir bildirmişdi ki, Avropa ölkələri sakinlərinin elektrik enerjisinin qiymətlərinin artması ilə bağlı narazılığına baxmayaraq, Rusiyaya qarşı sanksiyaların zəifləyəcəyini gözləmək çətindir.
Cümə günü keçirdiyi brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik dünya bazarlarında yaranan çətinlikləri şərh edərkən deyib ki, BMT Rusiya ərzaq və gübrələrinin ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün səy göstərir, lakin sanksiyalar üzündən çətinliklərin olduğunu qeyd edir.
“Rusiya gübrələrinin və ərzaq məhsullarının bazarlara qayıtması çox vacib olduğu üçün biz son dərəcə gərgin işləyirik”, - deyə o qeyd edib.
Xəbər lenti
0