https://sputnik.az/20220909/uc-olkenin-resmileri-bakida-gorusurler-beyanname-imzalanacaq-445856727.html
Üç ölkənin rəsmiləri Bakıda görüşürlər: Bəyannamə imzalanacaq
Üç ölkənin rəsmiləri Bakıda görüşürlər: Bəyannamə imzalanacaq
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma... 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T11:30+0400
2022-09-09T11:30+0400
2022-09-09T12:28+0400
görüş
siyasət
rusiyanın energetika naziri aleksandr novak
aleksandr novak
şahin mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445858769_0:103:2000:1228_1920x0_80_0_0_1a8fa406712dbc30eee84648829565a6.jpg
BAKI, 9 sentyabr — Sputnik. Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.Qeyd edək ki, Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub-Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdır. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445858769_114:0:1887:1330_1920x0_80_0_0_4ab2456e0ba6b5b967dd62f0587b7e89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
görüş, rusiyanın energetika naziri aleksandr novak, aleksandr novak, şahin mustafayev
görüş, rusiyanın energetika naziri aleksandr novak, aleksandr novak, şahin mustafayev
Üç ölkənin rəsmiləri Bakıda görüşürlər: Bəyannamə imzalanacaq
11:30 09.09.2022 (Yenilənib: 12:28 09.09.2022) Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.
BAKI, 9 sentyabr — Sputnik. Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.
Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.
Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub-Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.
Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdır. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.
İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.