https://sputnik.az/20220909/erdogan-putinle-gorusu-sebirsizlikle-gozleyirem-445873153.html
Ərdoğan: "Putinlə görüşü səbirsizliklə gözləyirəm"
Ərdoğan: "Putinlə görüşü səbirsizliklə gözləyirəm"
Sputnik Azərbaycan
Prezident Ərdoğan bildirib ki, görüş zamanı Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın... 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T15:55+0400
2022-09-09T15:55+0400
2022-09-09T15:55+0400
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
siyasət
rusiya prezidenti vladimir putin
rusiya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954803_0:0:3108:1748_1920x0_80_0_0_21b5026c2080a6b6747ab73aeafaf23c.jpg
BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putinlə Rusiyanın ərzaq məhsulları ilə bağlı məsələni müzakirə etmək niyyətində olduğunu açıqlayıb. Türkiyə lideri bunu NTV telekanalına müsahibəsində deyib."Səmərqənddə bizim cənab Putinlə görüşümüz baş tutacaq, düşünürəm ki, geniş və ətraflı müzakirələrimiz olacaq. Bu görüşdə biz əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.Onun sözlərinə görə, görüş zamanı o, Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın yoxsul ölkələrinə çatdırılmasını təşkil edəcək."Mən onunla açıq şəkildə müzakirə etməyi səbirsizliklə gözləyirəm, çünki Afrikada çətin vəziyyətdə olan bir çox ölkə var və biz bu ölkələrlə əlaqə saxlamalı və bu məhsulları onlara ən qısa zamanda göndərməliyik", - Türkiyə prezidenti bildirib.Bundan əvvəl Tayyib Ərdoğan Ukrayna taxılının Afrikanın yoxsul bölgələrinə deyil, inkişaf etmiş ölkələrə çatdırılması problemində Putinlə həmfikir olduğunu bildirmişdi. O, Türkiyənin Rusiyadan ərzaq tədarükünə başlamasının tərəfdarı olduğunu da vurğulayıb.Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu-2022-də (ŞİF) çıxışı zamanı bildirmişdi ki, Qərb inkişaf etməkdə olan ölkələri aldadır və özünü "müstəmləkəçi" kimi aparır.Rusiya prezidenti həmçinin qeyd edib ki, Qərb ölkələri Ukrayna böhranından yalnız öz maraqları üçün istifadə edir və Qərb elitaları, prinsipcə, "qızıl milyardlar ölkələri"ndən başqa heç kimə kömək etmək istəmirlər. Qərbin öz tərəfdaşlarına belə münasibətinə misal olaraq Putin "taxıl müqaviləsi"ni göstərib. O bildirib ki, bunun nəticəsində Ukrayna taxılı (razılaşmalara zidd olaraq) Afrika dövlətlərinə deyil, Aİ ölkələrinə ixrac edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954803_379:0:3108:2047_1920x0_80_0_0_dfe5e988ed526e284e81dfc396fce1ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, rusiya, türkiyə
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, rusiya, türkiyə
Ərdoğan: "Putinlə görüşü səbirsizliklə gözləyirəm"
Prezident Ərdoğan bildirib ki, görüş zamanı Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın yoxsul ölkələrinə çatdırılmasını təşkil edəcək.
BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putinlə Rusiyanın ərzaq məhsulları ilə bağlı məsələni müzakirə etmək niyyətində olduğunu açıqlayıb. Türkiyə lideri bunu NTV telekanalına müsahibəsində deyib.
"Səmərqənddə bizim cənab Putinlə görüşümüz baş tutacaq, düşünürəm ki, geniş və ətraflı müzakirələrimiz olacaq. Bu görüşdə biz əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, görüş zamanı o, Putindən taxıl və ərzaq göndərməyə başlamasını xahiş etmək istəyir və Türkiyə də öz növbəsində onların Afrikanın yoxsul ölkələrinə çatdırılmasını təşkil edəcək.
"Mən onunla açıq şəkildə müzakirə etməyi səbirsizliklə gözləyirəm, çünki Afrikada çətin vəziyyətdə olan bir çox ölkə var və biz bu ölkələrlə əlaqə saxlamalı və bu məhsulları onlara ən qısa zamanda göndərməliyik", - Türkiyə prezidenti bildirib.
Bundan əvvəl Tayyib Ərdoğan Ukrayna taxılının Afrikanın yoxsul bölgələrinə deyil, inkişaf etmiş ölkələrə çatdırılması problemində Putinlə həmfikir olduğunu bildirmişdi. O, Türkiyənin Rusiyadan ərzaq tədarükünə başlamasının tərəfdarı olduğunu da vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu-2022-də (ŞİF) çıxışı zamanı bildirmişdi ki, Qərb inkişaf etməkdə olan ölkələri aldadır və özünü "müstəmləkəçi" kimi aparır.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Qərb ölkələri Ukrayna böhranından yalnız öz maraqları üçün istifadə edir və Qərb elitaları, prinsipcə, "qızıl milyardlar ölkələri"ndən başqa heç kimə kömək etmək istəmirlər. Qərbin öz tərəfdaşlarına belə münasibətinə misal olaraq Putin "taxıl müqaviləsi"ni göstərib. O bildirib ki, bunun nəticəsində Ukrayna taxılı (razılaşmalara zidd olaraq) Afrika dövlətlərinə deyil, Aİ ölkələrinə ixrac edilir.