https://sputnik.az/20220909/bakida-qadin-qaycini-nece-udub-445857241.html
Bakıda qadın qayçını necə udub?
Bakıda qadın qayçını necə udub?
Sputnik Azərbaycan
Rentgenoloji müayinələr nəticəsində qadının qida borusunun praksimalında qayçı aşkarlanaraq əməliyyatla götürülüb. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T12:18+0400
2022-09-09T12:18+0400
2022-09-09T12:18+0400
qayçı
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42397/11/423971154_0:160:3073:1888_1920x0_80_0_0_8b67acc72fb530db3a2eb1b77b70d984.jpg
BAKI, 9 sentyabr — Sputnik. Bakı şəhəri sakini qadın yad cisim (qayçı) udub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bunu intihar məqsədilə edib.Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub.Tibb Mərkəzindən saytımıza bildirilib ki, o, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən mərkəzə yerləşdirilib:"Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə ediblər. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.Xəstə bir gün reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/11/423971154_170:0:2901:2048_1920x0_80_0_0_def6cc507c708658720701585aeb58de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qayçı
Bakıda qadın qayçını necə udub?
Rentgenoloji müayinələr nəticəsində qadının qida borusunun praksimalında qayçı aşkarlanaraq əməliyyatla götürülüb.
BAKI, 9 sentyabr — Sputnik. Bakı şəhəri sakini qadın yad cisim (qayçı) udub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bunu intihar məqsədilə edib.
Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Nərimanov Tibb Mərkəzində əməliyyat olunub.
Tibb Mərkəzindən saytımıza bildirilib ki, o, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən mərkəzə yerləşdirilib:
"Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə ediblər. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.
Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.
Xəstə bir gün reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir".