https://sputnik.az/20220907/yaponiya-kecmis-nazirin-defnine-11-milyon-dollardan-cox-pul-xercleyecek-445764040.html
Yaponiya keçmiş nazirin dəfninə 11 milyon dollardan çox pul xərcləyəcək
Yaponiya keçmiş nazirin dəfninə 11 milyon dollardan çox pul xərcləyəcək
Sputnik Azərbaycan
Abenin dövlət dəfn mərasiminə maksimum 6400 qonağın dəvət olunması nəzərdə tutulub. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T08:03+0400
2022-09-07T08:03+0400
2022-09-07T08:03+0400
yaponiya
dünya xəbərləri
baş nazir
dəfn
milyon
dollar
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443837088_0:0:2733:1538_1920x0_80_0_0_8084e58907777a7902f1381d87ab80b2.jpg
BAKI, 7 sentyabr — Sputnik. Yaponiya hökuməti ölkənin keçmiş baş naziri Sindzo Abenin dövlət dəfn mərasimi üçün əlavə 1,4 milyard yen (9,97 milyon dollar) ayırmaq qərarı barədə məlumat verib. Bu barədə Rusiya mediası "The Mainichi" qəzetinə istinadən xəbər verir.İlkin olaraq dəfn mərasiminin təşkili xərcləri 2 milyon dollardan çox olmayıb. Lakin sonra hökumət təhlükəsizlik və xaricdən gələn yüksək vəzifəli şəxslərin qəbulu üçün əlavə xərcləri qarşılamaq üçün dövlət mərasiminin büdcəsini artırmaq qərarına gəlib. Bununla da, Abenin dəfni Yaponiya büdcəsinə 11 milyon dollardan çox başa gələcək.Mərasim sentyabrın 27-də baş tutacaq. Mərasimdə çoxlu xarici siyasətçilərin iştirakı gözlənilir.Yaponiya mediasında Abenin dəfn mərasiminə Almaniyanın keçmiş kansleri Angela Merkel və ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın da dəvət oluna biləcəyi ilə bağlı xəbərlər dərc olunub. Həmçinin bildirilib ki, Yaponiya hökuməti Abenin dövlət dəfn mərasiminə maksimum 6400 qonağı dəvət etməyi planlaşdırır.Abe iyulun 8-də ona qarşı edilən sui-qəsddən sonra öldürülüb. Hücum edən Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən 41 yaşlı yapon Tetsuya Yamaqami olub.Təcavüzkar şəxs Abenin "Birlik kilsəsi" dini təşkilatı ilə əlaqədə olduğundan şübhələnib. Yamaqaminin sözlərinə görə, bu dini təşkilat onun ailəsinin dağılmasına səbəb olub, çünki Yamaqaminin anası təşkilata müntəzəm olaraq ianələr verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443837088_2:0:2733:2048_1920x0_80_0_0_ee4749ecdfe19e0c2f1cb659ac69566a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaponiya, baş nazir, dəfn, milyon, dollar
yaponiya, baş nazir, dəfn, milyon, dollar
Yaponiya keçmiş nazirin dəfninə 11 milyon dollardan çox pul xərcləyəcək
Abenin dövlət dəfn mərasiminə maksimum 6400 qonağın dəvət olunması nəzərdə tutulub.
BAKI, 7 sentyabr — Sputnik. Yaponiya hökuməti ölkənin keçmiş baş naziri Sindzo Abenin dövlət dəfn mərasimi üçün əlavə 1,4 milyard yen (9,97 milyon dollar) ayırmaq qərarı barədə məlumat verib. Bu barədə Rusiya mediası "The Mainichi" qəzetinə istinadən xəbər verir.
İlkin olaraq dəfn mərasiminin təşkili xərcləri 2 milyon dollardan çox olmayıb. Lakin sonra hökumət təhlükəsizlik və xaricdən gələn yüksək vəzifəli şəxslərin qəbulu üçün əlavə xərcləri qarşılamaq üçün dövlət mərasiminin büdcəsini artırmaq qərarına gəlib. Bununla da, Abenin dəfni Yaponiya büdcəsinə 11 milyon dollardan çox başa gələcək.
Mərasim sentyabrın 27-də baş tutacaq. Mərasimdə çoxlu xarici siyasətçilərin iştirakı gözlənilir.
Yaponiya mediasında Abenin dəfn mərasiminə Almaniyanın keçmiş kansleri Angela Merkel və ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın da dəvət oluna biləcəyi ilə bağlı xəbərlər dərc olunub.
Həmçinin bildirilib ki, Yaponiya hökuməti Abenin dövlət dəfn mərasiminə maksimum 6400 qonağı dəvət etməyi planlaşdırır.
Abe iyulun 8-də ona qarşı edilən sui-qəsddən sonra öldürülüb. Hücum edən Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən 41 yaşlı yapon Tetsuya Yamaqami olub.
Təcavüzkar şəxs Abenin "Birlik kilsəsi" dini təşkilatı ilə əlaqədə olduğundan şübhələnib. Yamaqaminin sözlərinə görə, bu dini təşkilat onun ailəsinin dağılmasına səbəb olub, çünki Yamaqaminin anası təşkilata müntəzəm olaraq ianələr verib.