https://sputnik.az/20220907/yapon-valyutasi-dollar-qarsisinda-son-iyirmi-dord-ilin-minimumuna-dusub-445788606.html
Yapon valyutası dollar qarşısında son iyirmi dörd ilin minimumuna düşüb
Yapon valyutası dollar qarşısında son iyirmi dörd ilin minimumuna düşüb
Sputnik Azərbaycan
Yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T15:54+0400
2022-09-07T15:54+0400
2022-09-07T15:54+0400
dollar
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_d50193bf07da72ad74cf3f388625a515.jpg
BAKI, 7 sentyabr — Sputnik. Dollar Yaponiyanın milli valyutası olan yen qarşısında son 24 ilin zirvəsinə qalxıb.Bu gün Tokioda keçirilən hərraclarda 1998-ci ilin avqustundan bəri ilk dəfə 1 dollar 144 yeni keçib.Yenin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozları üstələməsidir. ABŞ-ın xidmət sektorunda işgüzar fəallıq indeksi iyulda 56,7 faizdən avqustda 56,9 faizədək yüksəlib. Analitiklər isə bunun əksini gözləyirdilər. Nəticədə dollar ABŞ Federal Ehtiyatlar Sisteminin monetar siyasəti ilə bağlı gözləntiləri dəstəkləməkdə davam edir.Bundan əlavə, yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var. ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Bankı isə onu mənfi səviyyədə saxlayır.ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmaq niyyətini bir daha təsdiqləyib və sentyabrda onun daha 0,75 faiz artacağı gözlənilir. Faiz dərəcəsinin artımı dolların məzənnəsinə müsbət təsir göstərir. Eyni zamanda, ABŞ dövlət istiqrazlarının mənfəəti də artmaqda davam edir.Yaponiya Mərkəzi Bankı isə iyulda növbəti dəfə uçot dərəcəsinin mənfi 0,1 faiz səviyyəsində saxlandığını açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_9d9dd8d64b80e2113d3de2ff1a17ee0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar
Yapon valyutası dollar qarşısında son iyirmi dörd ilin minimumuna düşüb
Yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var
BAKI, 7 sentyabr — Sputnik. Dollar Yaponiyanın milli valyutası olan yen qarşısında son 24 ilin zirvəsinə qalxıb.
Bu gün Tokioda keçirilən hərraclarda 1998-ci ilin avqustundan bəri ilk dəfə 1 dollar 144 yeni keçib.
Yenin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozları üstələməsidir. ABŞ-ın xidmət sektorunda işgüzar fəallıq indeksi iyulda 56,7 faizdən avqustda 56,9 faizədək yüksəlib. Analitiklər isə bunun əksini gözləyirdilər. Nəticədə dollar ABŞ Federal Ehtiyatlar Sisteminin monetar siyasəti ilə bağlı gözləntiləri dəstəkləməkdə davam edir.
Bundan əlavə, yenin ucuzlaşması fonunda ABŞ və Yaponiya mərkəzi banklarının monetar siyasətə yanaşmasında güclü fərq var. ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Bankı isə onu mənfi səviyyədə saxlayır.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmaq niyyətini bir daha təsdiqləyib və sentyabrda onun daha 0,75 faiz artacağı gözlənilir. Faiz dərəcəsinin artımı dolların məzənnəsinə müsbət təsir göstərir. Eyni zamanda, ABŞ dövlət istiqrazlarının mənfəəti də artmaqda davam edir.
Yaponiya Mərkəzi Bankı isə iyulda növbəti dəfə uçot dərəcəsinin mənfi 0,1 faiz səviyyəsində saxlandığını açıqlayıb.