https://sputnik.az/20220907/rusiyaya-qarsi-total-hibrid-muharibe-aparilir---ryabkov-445738927.html
Rusiyaya qarşı total hibrid müharibə aparılır - Ryabkov
Rusiyaya qarşı total hibrid müharibə aparılır - Ryabkov
Sputnik Azərbaycan
Diplomatın qənaətinə görə, ABŞ administrasiyası Ukraynadan öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı oynadığı oyunun təhlükəsinin artmasını dərk edir. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T10:05+0400
2022-09-07T10:05+0400
2022-09-07T10:05+0400
sergey ryabkov
rusiya
rusiya
müharibə
dmitri medvedev
https://cdnn1.img.sputnik.az/img/41907/97/419079788_0:0:3329:1873_1920x0_80_0_0_7ac02cc6ca00bcad04a909313bccb56e.jpg
BAKI, 7 sentyabr — Sputnik. Rusiyaya qarşı həqiqətən də total hibrid müharibə aparılır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Beynəlxalq həyat" jurnalına müsahibəsində bildirib."Həqiqətən də bizə qarşı total müharibə elan olunub. Bu müharibə hibrid formalarda, bütün sahələrdə aparılır. Rəqiblərimizin, düşmənlərimizin qəzəbi çox böyükdür, həddindən artıqdır", - deyə Ryabkov vurğulayıb.Diplomat əlavə edib ki, Rusiya tarix boyu ən çətin sınaq dövrlərini şərəflə keçib və onlardan daha da güclənmiş şəkildə çıxıb.Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Berlinin Moskvanın düşməni kimi çıxış etdiyini, faktiki olaraq hibrid müharibə elan edərək Rusiya iqtisadiyyatına və vətəndaşlarına qarşı sanksiya məhdudiyyətləri tətbiq etdiyini, həmçinin Ukraynanı Rusiya ordusuna qarşı yönəlmiş öldürücü silahlarla təmin etdiyini bildirib.Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hazırda ABŞ-ın Rusiya və Çinlə təhlükəli müharibə astanasında tarazlıq saxladığını bildirib. O, həmçinin hesab edir ki, mövcud vəziyyətə görə günahın bir hissəsi ABŞ-ın üzərinə düşür.Nazir müavini onu da deyib ki, Vaşinqtonun Rusiyaya qarşı oynadığı oyunun təhlükəsi şübhəsiz ki, artır."Düşünürəm ki, ABŞ administrasiyası Ukraynadan öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı oynadığı oyunun təhlükəsinin artmasını dərk edir", - deyə o bildirib.Ryabkov həmçinin qeyd edib ki, ABŞ-ın Rusiyanın bütün təzyiqlərə rəğmən sınmamasından narahatlığı da artmaqdadır:"Moskva öz məqsədlərinə çatmaqda qətiyyətlidir və bu təzyiq altında əyilmir. Baxmayaraq ki, opponentlərin və rəqiblərin təzyiqi mövcuddur".Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41907/97/419079788_379:0:3108:2047_1920x0_80_0_0_54a16014ed127a46eff081256f6e69f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, rusiya, müharibə, dmitri medvedev
sergey ryabkov, rusiya, müharibə, dmitri medvedev
Rusiyaya qarşı total hibrid müharibə aparılır - Ryabkov
Diplomatın qənaətinə görə, ABŞ administrasiyası Ukraynadan öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı oynadığı oyunun təhlükəsinin artmasını dərk edir.
BAKI, 7 sentyabr — Sputnik. Rusiyaya qarşı həqiqətən də total hibrid müharibə aparılır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Beynəlxalq həyat" jurnalına müsahibəsində bildirib.
"Həqiqətən də bizə qarşı total müharibə elan olunub. Bu müharibə hibrid formalarda, bütün sahələrdə aparılır. Rəqiblərimizin, düşmənlərimizin qəzəbi çox böyükdür, həddindən artıqdır", - deyə Ryabkov vurğulayıb.
Diplomat əlavə edib ki, Rusiya tarix boyu ən çətin sınaq dövrlərini şərəflə keçib və onlardan daha da güclənmiş şəkildə çıxıb.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Berlinin Moskvanın düşməni kimi çıxış etdiyini, faktiki olaraq hibrid müharibə elan edərək Rusiya iqtisadiyyatına və vətəndaşlarına qarşı sanksiya məhdudiyyətləri tətbiq etdiyini, həmçinin Ukraynanı Rusiya ordusuna qarşı yönəlmiş öldürücü silahlarla təmin etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hazırda ABŞ-ın Rusiya və Çinlə təhlükəli müharibə astanasında tarazlıq saxladığını bildirib. O, həmçinin hesab edir ki, mövcud vəziyyətə görə günahın bir hissəsi ABŞ-ın üzərinə düşür.
Nazir müavini onu da deyib ki, Vaşinqtonun Rusiyaya qarşı oynadığı oyunun təhlükəsi şübhəsiz ki, artır.
"Düşünürəm ki, ABŞ administrasiyası Ukraynadan öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı oynadığı oyunun təhlükəsinin artmasını dərk edir", - deyə o bildirib.
Ryabkov həmçinin qeyd edib ki, ABŞ-ın Rusiyanın bütün təzyiqlərə rəğmən sınmamasından narahatlığı da artmaqdadır:
"Moskva öz məqsədlərinə çatmaqda qətiyyətlidir və bu təzyiq altında əyilmir. Baxmayaraq ki, opponentlərin və rəqiblərin təzyiqi mövcuddur".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.