CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur cütlük ayrıldı

© Photo : Instagram / oksana_rasulovaOksana Rəsulova və Şəhriyar Əbilov, arxiv şəkli
Oksana Rəsulova və Şəhriyar Əbilov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Rəqqasə-aktrisa Oksana Rəsulova həyat yoldaşı Şəhriyar Əbilovla ailə həyatına son qoyublar. Məşhur cütlüklər dost kimi yaşamağı üstün tutublar
BAKI, 7 sentyabr — Sputnik. Rəqqasə-aktrisa Oksana Rəsulova həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb. Bu barədə o, sosial media hesabında məlumat verib. Sənətçi bildirib ki, onlar nikahlarını bir il əvvəl pozublar: "Dəyərli izləyicilər, sizinlə mühüm bir mövzunu paylaşmaq istəyirik. Bunu ona gorə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusunuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq".
Oksana əlavə edib ki, onlar kəbinlərini pozub dost kimi qalmağı seçiblər: "Təəssüf ki, çox yaxın dost olduğumuza görə bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa çalışdıq alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun".
Qeyd edək ki, məşhur cütlük evli olduğunu ötən ilin noyabrında açıqlamışdı. Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı idi.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib..
Xəbər lenti
0