https://sputnik.az/20220907/dtx-ve-dsx-birge-emeliyyat-kecirib-saxlanilan-var-445777642.html
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Sputnik Azərbaycan
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T10:29+0400
2022-09-07T10:29+0400
2022-09-07T10:29+0400
dtx
cəmiyyət
dövlət sərhəd xidməti
əməliyyat
https://cdnn1.img.sputnik.az/img/42386/71/423867166_0:0:1000:563_1920x0_80_0_0_8bc64d8d9881ba115984de64f73858d1.jpg
BAKI, 7 sentyabr — Sputnik. Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb.Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram "marixuana", 8 qram "metamfetamin") və 10 ədəd psixotrop tərkibli həblər ("metadon-40") aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42386/71/423867166_0:0:1000:751_1920x0_80_0_0_bcbe155dc66805823bd6a2299fee7934.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx, dövlət sərhəd xidməti, əməliyyat
dtx, dövlət sərhəd xidməti, əməliyyat
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
BAKI, 7 sentyabr — Sputnik. Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram "marixuana", 8 qram "metamfetamin") və 10 ədəd psixotrop tərkibli həblər ("metadon-40") aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.