https://sputnik.az/20220906/brusselden-sonra-silahlar-susmur---sulh-prosesini-kim-pozur-445743405.html
Brüsseldən sonra silahlar susmur - Sülh prosesini kim pozur?
Brüsseldən sonra silahlar susmur - Sülh prosesini kim pozur?
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, Ermənistan tərəfinin böyük görüşlərin öncəsində və sonrasında atəşkəsi pozması, əsas fikri cərəyan edən proseslərdən yayındırmaq... 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T17:00+0400
2022-09-06T17:00+0400
2022-09-06T17:11+0400
brüssel
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ktmt
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735119_372:577:2913:2006_1920x0_80_0_0_eef9eece691e50bb69914ded17f126d8.jpg
BAKI, 6 sentyabr — Sputnik. Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin verdiyi açıqlamalar Brüsseldə pozitiv nəticələrin əldə olunması təəssüratını yaradırdı.Həmçinin Brüssel görüşünün ardınca Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib ki, bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik:Ötən gün isə Ermənistan mətbuatı yazdı ki, baş nazir Nikol Paşinyan deputatlara bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır.Məsələ burasındadır ki, Brüssel görüşünün ardınca Azərbaycan-Ermənistan sərhədində davamlı olaraq atəşkəsin pozulması halları müşahidə olunur. Bəs Brüssel görüşündən sonra sülh prosesini pozmaq kimin maraqlarına xidmət edir?Sputnik Azərbaycan Brüssel görüşü və onun sülh sazişinə ümidlər yaratdığı bir dövrdə atəşkəsin nə üçün pozulması ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tural İsmayılovun fikirlərini öyrənib.Millət vəkili Arzu Nağıyev deyir ki, Ermənistan tərəfinin böyük görüşlərin öncəsində və sonrasında atəşkəsi pozması, əsas fikri cərəyan edən proseslərdən yayındırmaq cəhdləri ənənəvi taktikadır:"Brüssel görüşünün ardınca da biz bunun şahidi oluruq. Xüsusən də sərhəd bölgəsində atəşkəsi pozmaqla KTMT-ni bu oyunlara alət etməyə çalışır".Millət vəkilinin sözlərinə görə, Brüssel danışıqları vasitəsilə proseslərdən Rusiyanın uzaqlaşdırılması ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur:"Çünki həm Rusiya, həm də Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülh və sabitliyin olmasında maraqlıdır. Onlar da istəyirlər ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi imzalansın. Azərbaycan tərəfi öz növbəsində bu mövqeyi dəstəkləyir".Arzu Nağıyev bildirib ki, atəşkəsin pozulması həm də Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. O qeyd edib ki, qondarma rejimin müdafiə naziri Arzumanyanın həbsindən sonra vəziyyət mürəkkəbləşib:Politoloq Tural İsmayılov isə hesab edir ki, Ermənistan tərəfi atəşkəsi pozmaqla Brüssel sülh gündəliyini pozmağa çalışır və Brüssel görüşündə əldə olunmuş razılaşmaları, qəbul edilmiş qərarları icra etməkdən yayınmağa çalışır:Politoloq qeyd edib ki, Brüssel görüşü sonrasında Ermənistan tərəfinin verdiyi açıqlamalar sülh prosesi ilə uzlaşmır:"Azərbaycan tərəfi sülh istiqamətində atdığı addımların qarşılığında Ermənistan tərəfindən eyni niyyəti görmür. Paşinyan administrasiyasının daxilində bu prosesi pozanlar da yetərincədir. Ermənistanın siyasi hakimiyyəti Brüssel görüşündə alınmış qərarlara hörmətlə yanaşmalı və praktiki fəaliyyətin icrasını təmin etməlidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735119_112:0:2843:2048_1920x0_80_0_0_a592b1747fd24e39fdb19f8d58829e0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
brüssel, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ktmt
brüssel, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ktmt
Brüsseldən sonra silahlar susmur - Sülh prosesini kim pozur?
17:00 06.09.2022 (Yenilənib: 17:11 06.09.2022) Millət vəkili deyir ki, Ermənistan tərəfinin böyük görüşlərin öncəsində və sonrasında atəşkəsi pozması, əsas fikri cərəyan edən proseslərdən yayındırmaq cəhdləri ənənəvi taktikadır.
BAKI, 6 sentyabr — Sputnik. Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin verdiyi açıqlamalar Brüsseldə pozitiv nəticələrin əldə olunması təəssüratını yaradırdı.
Həmçinin Brüssel görüşünün ardınca Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib ki, bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik:
"Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".
Ötən gün isə Ermənistan mətbuatı yazdı ki, baş nazir Nikol Paşinyan deputatlara bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır.
Məsələ burasındadır ki, Brüssel görüşünün ardınca Azərbaycan-Ermənistan sərhədində davamlı olaraq atəşkəsin pozulması halları müşahidə olunur. Bəs Brüssel görüşündən sonra sülh prosesini pozmaq kimin maraqlarına xidmət edir?
Sputnik Azərbaycan Brüssel görüşü və onun sülh sazişinə ümidlər yaratdığı bir dövrdə atəşkəsin nə üçün pozulması ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tural İsmayılovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev deyir ki, Ermənistan tərəfinin böyük görüşlərin öncəsində və sonrasında atəşkəsi pozması, əsas fikri cərəyan edən proseslərdən yayındırmaq cəhdləri ənənəvi taktikadır:
"Brüssel görüşünün ardınca da biz bunun şahidi oluruq. Xüsusən də sərhəd bölgəsində atəşkəsi pozmaqla KTMT-ni bu oyunlara alət etməyə çalışır".
Millət vəkilinin sözlərinə görə, Brüssel danışıqları vasitəsilə proseslərdən Rusiyanın uzaqlaşdırılması ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur:
"Çünki həm Rusiya, həm də Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülh və sabitliyin olmasında maraqlıdır. Onlar da istəyirlər ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi imzalansın. Azərbaycan tərəfi öz növbəsində bu mövqeyi dəstəkləyir".
Arzu Nağıyev bildirib ki, atəşkəsin pozulması həm də Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. O qeyd edib ki, qondarma rejimin müdafiə naziri Arzumanyanın həbsindən sonra vəziyyət mürəkkəbləşib:
"Paşinyan Ermənistan cəmiyyətinin hiddətini özündən uzaqlaşdırmaq üçün Arzumanyanın həbs olunması tapşırığını verib. Ermənistan prosesləri davam etdirmək üçün bu cür manipulyasiyalara əl atır, o cümlədən atəşkəsin pozulması da bu siyasətin tərkib hissəsidir".
Politoloq Tural İsmayılov isə hesab edir ki, Ermənistan tərəfi atəşkəsi pozmaqla Brüssel sülh gündəliyini pozmağa çalışır və Brüssel görüşündə əldə olunmuş razılaşmaları, qəbul edilmiş qərarları icra etməkdən yayınmağa çalışır:
"Bu günə qədər keçirilmiş bütün görüşlərdə minalanmış ərazilərlə problem qaldırılıb, ancaq bu günə qədər doğru-dürüst xəritələr Ermənistan tərəfindən təhvil verilməyib. Eyni zamanda, birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilmir".
Politoloq qeyd edib ki, Brüssel görüşü sonrasında Ermənistan tərəfinin verdiyi açıqlamalar sülh prosesi ilə uzlaşmır:
"Azərbaycan tərəfi sülh istiqamətində atdığı addımların qarşılığında Ermənistan tərəfindən eyni niyyəti görmür. Paşinyan administrasiyasının daxilində bu prosesi pozanlar da yetərincədir. Ermənistanın siyasi hakimiyyəti Brüssel görüşündə alınmış qərarlara hörmətlə yanaşmalı və praktiki fəaliyyətin icrasını təmin etməlidir".