Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

© AR Ministry of DefenceAzərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
İkitərəfli görüşdə Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.
BAKI, 6 sentyabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
© AR Ministry of DefenceAzərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Qeyd edək ki, Azərbaycan hərbçiləri sentyabrın 7-dək Rusiyada keçiriləcək "Vostok-2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edirlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatılacağı təlimlərdə 50 mindən çox hərbçi iştirak edəcək.
Xəbər lenti
0